- 00:26
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqları bərpa etmə təklifini şərh edib.
E-huquq.az xəbər verir ki, o, bu addımın münaqişənin həlli üçün ilk addım olduğunu, lakin kifayət etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, Putin çıxış yolu axtarmağa çalışır, amma hələ də vaxt qazanmağa meyllidir. O, atəşkəsin yalnız şərtsiz tətbiq olunmasının mümkünsüz olduğunu bildirib.