Britaniya Ukraynaya saxta hava hücum sistemləri və tank maketləri göndərir


  • 11 May 15:59

Böyük Britaniya Ukraynaya saxta və asanlıqla yığıla bilən hava hücumundan müdafiə sistemləri və tank maketləri göndərməyə başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bu maketlər sadə materiallardan hazırlanır və ön cəbhədə bir neçə saata yığıla bilər. Britaniyalı və ukraynalı hərbçilər bu yolla Rusiya ordusunu aldadaraq onları saxta hədəflərə atəş açmağa məcbur etmək istəyirlər. Plan ondan ibarətdir ki, Rusiya Silahlı Qüvvələri bahalı raketlərlə real texnika əvəzinə ucuz maketləri məhv etsin.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer bəyan etmişdi ki, əgər Moskva 30 günlük atəşkəsdən imtina etsə, Britaniya və ABŞ Ukraynaya hərbi yardımını artıracaq.

Oxşar xəbərlər