- 00:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, danışıqda Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.
Prezidentlərin görüşü barədə verilən açıqlamada bildirilib ki, Ərdoğan Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatması üçün mühüm bir mərhələnin keçildiyini və bu fürsətindən istifadə edilməli olduğunu vurğulayıb.
O, Türkiyənin atəşkəs və daimi sülh üçün danışıqlara ev sahibliyi etməyə və hər cür dəstək verməyə hazır olduğunu bildirib. Türkiyə Prezidenti həmçinin Ukrayna ilə Rusiya arasındakı sülh danışıqlarının başlanması və Ukraynanın bərpası prosesində əməkdaşlığın davam etdirilməsinin önəmli olduğunu qeyd edib.