- 00:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.
E-huquq.az xəbər verir ki,telefon söhbəti zamanı liderlər arasında Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Putinin Ukrayna ilə sülh müzakirələrinin İstanbulda davam etdirilməsi təklifini məmnuniyyətlə qarşıladığını bildirib və Türkiyənin qalıcı sülhə nail olmaq üçün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. O, həmçinin genişmiqyaslı atəşkəsin, sülh danışıqları üçün zəruri mühiti yaradacağına diqqət çəkib.
Türkiyə Prezidenti sülh üçün tarixi fürsət yarandığını və genişmiqyaslı atəşkəsin, sülh danışıqları üçün lazım olan mühiti yaradacağını vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 15 mayda İstanbulda şərtsiz və birbaşa danışıqların bərpa olunmasını təklif etmişdi.