- 14:41
Türkiyənin paytaxtı Ankarada ağır yol nqəliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankaranın Gölbaşı səmtində motosiklet sürücüsü idarəetməni itirərək səkidəki yol nişanına çırpılıb.
Zərbə nəticəsində motosiklet sürüklənib.
Motosikletdə olan 2 nəfər hadisə yerində dünyasını dəyişib.
Əraziyə polis və tibb qrupları cəlb edilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə