Türkiyənin bu vilayətində güclü yağışlar daşqınlara səbəb olub


  • 10:33

Türkiyənin Sivas şəhərində yağan güclü yağışlar sel fəlakətinə səbəb olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sivasın Koyulhisar rayonunda leysan yağışları nəticəsində daşqınlar meydana gəlib.

Bəzi heyvan sığınacaqları və yollar sel zamanı dağılıb.

Əraziyə bələdiyyə əməkdaşları cəlb edilib.

Təbii fəlakət nəticəsində dəyən zərərin müəyyən edilməsi üçün iş aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər