Fransada islamofobiya əleyhinə nümayişlər keçirilib


  • 10:49

Fransanın müxtəlif şəhərlərində artan islamafobiyaya etiraz olaraq nümayişlər keçirilib.

E-huquq.az Fransa mətbuatına istinadən xəbər verir ki, Fransanın La Grand-Combe şəhərindəki Hatice məscidində gənc müsəlman Əbubakar Sissenin bıçaqlanaraq öldürülməsi ölkədəki müsəlman icmasının etirazlarına səbəb olub.

Paytaxt Paris, Marsel və Lion başda olmaqla müxtəlif şəhərlərdə artan islamafobiyaya reaksiya vermək üçün nümayişlər keçirilib. Parisin Bastiliya meydanında yerli vaxtla saat 14:00-da başlayan nümayiş "Millet Meydanı"nda başa çatıb. Nümayişçilər Fransanın daxili işlər naziri Bruno Retallonun ölkədəki mühacir və müsəlmanlara qarşı siyasətinə sərt reaksiya veriblər.

Etirazçılar "İslamofobiyaya son", "Paris faşizmə qarşı" və "İslamofobiyaya yox" şüarları səsləndiriblər.

Nümayişlərdə bəzi müxalifyönlü siyasətçilər iştirak edib.

Etiraz aksiyalarında məsciddə öldürülən Sisse üçün ədalət tələb edilib.

Qeyd edək ki, aprelin 25-də Olivier H. adlı şəxs Fransanın Gard əyalətindəki məsciddə namaz qılmağı öyrənmək üçün Əbubakar Sissedən kömək istəyib. Lakin o, ibadət zamanı Sisseyə təxminən 50 bıçaq zərbəsi vurub və həmin anı video çəkərək sosial şəbəkədə paylaşıb. İtaliyanın Pistoia şəhərinə qaçan hücumçu mayın 9-da Fransaya ekstradisiya edilərək həbs olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər