- 14:08
İngilətərənin xarici işlər naziri Devid Lammi Avropa İttifaqından olan həmkarları ilə Ukraynayla bağlı danışıqlar aparacaq.
E-huquq.az xəbər verir ki, bu barədə "The Standard" məlumat yayıb.
Görüşdə Fransa, İtaliya, Almaniya, İspaniya və Polşadan olan nümayəndələrin iştirakı gözlənilir.
Qeyd edək ki, Aİ nümayəndələri Ukrayna lideri Volodimir Zelenskinin Türkiyədə Rusiya ilə birbaşa danışıqlara hazır olduğunu bəyan etdikdən sonra görüşmək qərarına gəliblər.
Humay Eminqızı