- 14:41
Türkiyənin Edremit rayonunda ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqaladan Edremit rayonu istiqamətində hərəkət edən nəqliyyat vasitəsi sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə sağlamlıq, jandarma və xilasetmə qrupları cəlb edilib.
Qəzanın səbəbləri araşdırılır.
Humay Eminqızı