- 14:41
ABŞ və Çin tarifləri qarşılıqlı endirmək barədə razılığa gəliblər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ABŞ və Çin arasında iqtisadi və ticarət məsələləri üzrə iki günlük danışıqların yekunu üzrə tərəflərin birgə bəyanatında yer alıb.
Çin ABŞ-dən daxil olan mallara tətbiq olunan rüsumları 90 gün müddətinə 24 faiz bəndində azaldacaq.
ABŞ-nin Çin idxalına tətbiq etdiyi 145 faizlik ümumi rüsum 30 faizədək endiriləcək.
Çinin Amerika mallarına tətbiq etdiyi 125 fazilik tariflər 10 faizədək endiriləcək.
Humay Eminqızı