- 14:41
Avropa İttifaqı (Aİ) 2025-ci ilin sonuna qədər Kiyevə silah üçün 900 milyon avro ayıracaq.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, Avropa İttifaqı 2025-ci ilin sonuna qədər Kiyevə silah-sursat almaq üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərdən 900 milyon avro ayırmaq niyyətindədir.
Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius xatırladıb ki, Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas mayın 9-da Lvovda Ukraynanın hərbi sənayesinə 1 milyard avro sərmayə qoyacağını vəd edib.
O, bu pulların müxtəlif pilotsuz təyyarələrin istehsalına yönəldiləcəyini vurğulayıb.
Humay Eminqızı