- 16:16
Türkiyənin Amasya şəhərində güclü zəlzələ olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, Amasyanın Gümüşhacıköy mahalında, yerli vaxtla saat 12.23-də 4,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerin təxminən 10,07 kilometr dərinliyində qeydə alınıb.
Humay Eminqızı