- 20:46
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlayacağına ümidvar olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı məlumat verib.
Tramp qarşıdan gələn görüşün əhəmiyyətini vurğulayıb və prosesin müsbət nəticələr verəcəyini düşündüyünü qeyd edib.
“Bu görüşün baş tutması üçün çox çalışdım. Hesab edirəm ki, tərəflər arasında birbaşa dialoq vəziyyətin sabitləşməsinə yardım edə bilər”, - o deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin yazında dayandırılmış birbaşa danışıqların yenidən bərpasını təklif edib. O, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin görüşməsini irəli sürüb. Ukrayna Prezidenti Volodimir Zelenski də həmin tarixdə Türkiyədə görüşə hazır olduğunu bəyan edib.