HƏMAS İsrail və ABŞ vətəndaşı olan girovu azad etdi


  • 12 May 20:16

HƏMAS hərəkatı, həm İsrail, həm də ABŞ vətəndaşı olan bir girovu azad etdiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə hərakatın Telegram kanalında dərc edilən bəyanatda məlumat verilib.

“Bir müddət əvvəl İzzəddin əl-Qassam Briqadaları (HƏMAS-ın hərbi qanadı - red) İsrail və ABŞ vətəndaşı olan İdan Aleksandrı azad edib”, - deyə bəyanatda bildirilir.

HƏMAS hərəkatı həmçinin qeyd edib ki, Qəzza ilə bağlı hərtərəfli və daimi atəşkəs haqqında danışıqları dərhal bərpa etməyə hazırdırlar və qarşı tərəfə döyüşlərin Qəzza zolağında qalan əsirlərin ölümünə səbəb ola biləcəyi xəbərdarlığı da edilib.

Öz növbəsində, "Al Hadath" telekanalı xəbər verib ki, İdan Aleksandr artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib və hazırda onlar ilə birgə İsrailə gedir. Orada onu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stivən Vitkof gözləyir.

Oxşar xəbərlər