- 12 May 20:46
Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Rusiya Prezidenti Vladimir Putinin 15 may tarixində İstanbulda Ukrayna və Rusiya arasında birbaşa danışıqların başlanması təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər.
"Söhbət zamanı həmçinin Rusiya və Ukrayna arasında sülhün qurulması səylərinə dair digər məsələlər müzakirə olunub", - məlumatda deyilir.