- 17:43
Türkiyənin İstanbul şəhərində 3,8 bal gücündə zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Mərmərə dənizində, İstanbulun Büyükçekmece sahillərində qeydə alınıb.
Yeraltı təkanlar yerin 6,84 km dərinliyində baş verib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə