Məzmuna keç

Türkiyədə torpaq sürüşməsi olub, kənd yolu bağlanıb

Türkiyənin Gümüşhane şəhərində torpaq sürüşməsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Gümüşhanenin Torul mahalında meydana gələn torpaq sürüşməsi zamanı yamacdan qopan qaya parçaları yola tökülüb.

Təbii fəlakət üç kəndə çıxışı təmin edən yolun bağlanmasına səbəb olub.

Bölgəyə AFAD qrupları cəlb edilib.

Qruplar sürüşmənin davam etdiyini bildirib.

Şəbnəm Mehdizadə