- 09:23
Türkiyənin İstanbul şəhərində metrobusuda yanğın hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Okmeydanıdan Beylikdüzü istiqamətində hərəkət edən metrobusun mühərrik hissəsində naməlum səbəbdən yanğın baş verib.
Tüstünü görən sürücü nəqliyyat vasitəsində olan sərnişinləri təxliyə edib və dayanacaqda gözləyən mühafizəçilərlə birlikdə yanğına müdaxilə edib.
Yanğın sürücü və mühafizəçilər tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın səbəbindən bir müddət reyslər təxirə salınıb.
Şəbnəm Mehdizadə