- 17:56
Hindistanın Pakistana qarşı başlatdığı “Sindoor əməliyyatı” zamanı 40 mülki vətəndaş həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti (ISPR) məlumat yayıb.
Açıqlamada hücum nəticəsində 15-i uşaq, 7-si qadın olmaqla 40 mülki şəxsin həyatını itirdiyi, 121 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Həmçinin 11 hərbçi öldürülüb, 78-i isə yaralanıb.
"Pakistanın suverenliyinə və ya ərazi bütövlüyünə meydan oxumağa yönələn hər cür cəhdə çevik, hərtərəfli və qətiyyətli cavab veriləcək" - deyə məlumatdda bildirilib.
Şəbnəm Mehdizadə