- 17:02
Qəzzada verilən gündəlik isti yeməklərin sayı keçən həftə ilə müqayisədə 70 faiz azaldığını açıqlayıb.E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik məlumat verib.
O bildirib ki, Qəzzada aş evlərində isti yeməklərin sayı və miqdarı sürətlə azalır.
Dujarrik humanitar yardımın təkcə qida ilə məhdudlaşmadığını vurğulayıb.
O, Qəzza xalqının su, gigiyena, tibbi xidmətlərə ehtiyacı olduğunu bildirib.
BMT rəsmisi səhiyyə və su obyektlərində yanacağın tükəndiyini də vurğulayıb.
“Səhiyyə müəssisələrində ciddi təchizat, avadanlıq, qan və personal çatışmazlığı var” - deyə sözçü bildirib.
Şəbnəm Mehdizadə