- 17:02
Almaniyada terror təşkilatına dəstək göstərən təşkilatın faəliyyəti dayandırılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Almaniyanın Daxili İşlər naziri Aleksandr Dobrindtin qərarı ilə “Almaniya Krallığı Assosiasiyası”nın fəaliyyəti qadağan edilib və dörd nəfər şübhəli şəxs saxlanılıb.
Qeyd olunub ki, təşkilatın məqsədi və fəaliyyəti cinayət qanunvericiliyinə və konstitusiya quruluşuna zidddir.
Həmçinin bəzi təşkilat üzvləri Almaniyada çevriliş planlaşdırmaqda ittiham olunur.
2012-ci ildə Vittenberqdə "Ali Hökmdar" Peter Fitzek tərəfindən elan edilmiş "Almaniya Krallığı Assosiasiyası" hazırda Almaniyada ən böyük üzvü olan birliklərdən hesab olunur.
Prokurorluğun qərarı ilə təşkilatın rəhbəri Fitzek də daxil olmaqla, dörd şübhəli qruplaşma rəhbəri saxlanılıb.
Şübhəlilərin işinə Karlsrue Federal Məhkəməsində baxılacaq.
Şəbnəm Mehdizadə