- 17:58
Filippinin Neqros adasındakı Kanlaon vulkanında püskürmə baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) məlumat yayıb.
Bildirilib ki, Kanlaon vulkanı yerli vaxtla saat 02:55-də aktivləşib.
Püskürmənin 5 dəqiqə davam etdiyi və püskürmə zamanı vulkandan təxminən 3 kilometr yüksəkliyə kül səpildiyi qeyd olunub.
Partlayışdan sonra bölgədə 3-cü səviyyəli xəbərdarlıq verilib.
Vulkana yaxın yaşayış məntəqələrinin təxliyəsi əmr edilib.
Əhaliyə qaya parçaları və kül yağışı kimi təhlükələrə qarşı diqqətli olmağa çağırıb.
Şəbnəm Mehdizadə