- 17:58
İqlim dəyişikliyi dünyada ən çox istehlak edilən meyvə sayılan bananın istehsalına mənfi təsir edir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Latın Amerikası və Karib dənizində banan yetişdirilən ərazilərin təxminən 60 faizi 2080-ci ilə qədər məhsul yetişdirmək üçün yararsız ola bilər.
Qeyd olunur ki, yüksələn temperatur, ekstremal hava hadisələri və iqlimlə əlaqədar zərərvericilərin Qvatemala, Kosta Rika və Kolumbiya kimi əsas istehsalçı ölkələrdə banan istehsalına mənfi təsir göstərir.
Dünyada ən çox istehlak edilən meyvə olan banan buğda, düyü və qarğıdalıdan sonra dördüncü ən vacib qida məhsulu hesab olunur. 400 milyondan çox insan gündəlik kalori ehtiyaclarının 15-27 faizini bananın qida dəyərindən qarşılayır.
Dünya banan ixracının 80 faizi Latın Amerikası və Karib hövzəsinin üzərinə düşür.
Qvatemalada banan istehsalçısı olan 53 yaşlı Aurelia Pop Xo bildirib ki, iqlim dəyişikliyi məhsulları məhv edir.
Şəbnəm Mehdizadə