İtaliyada baş verən ardıcıl zəlzələlər panikaya səbəb olub


  • 17:02

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Campi Flegrei bölgəsində 4,4 və 3,5 bal gücündə 2 ardıcıl zəlzələ baş verib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Bildirilib ki, episentri Pozzuoli olan ardıcıl təkanlar yerli vaxtla saat 12.07-də və 12.22-də qeydə alınıb.

Yeraltı təkanların təxminən 3 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Təbii fəlakət nəticəsində ölən və yaralanan olmayıb.

Bagnoli və Pozzuolidə məktəblər bağlanıb, şagirdlər təxliyə edilib.

Təşvişə düşən yerli əhali küçələrə axışıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər