"Xarici vətəndaşların ABŞ-dən deportasiya edilməsi insan hüquqlarını pozur" - BMT


  • 17:25

"Xarici vətəndaşların ABŞ-dən deportasiya edilməsi insan hüquqlarını pozur".

E-huquq.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

O bildirib ki, ABŞ-nin rəsmi məlumatlarına görə 20 Yanvar-29 Aprel tarixləri arasında 142 min insanın ABŞ-dən deportasiya edilib.

Onun sözlərinə görə, Salvadora göndərilən 245 Venesuelalı və təxminən 30 Salvador vətəndaşının taleyi və harada olduqları hələ də bəlli deyil.

Volker Türk bir çox xarici vətəndaşın müəyyən cinayət qruplarının üzvü olduqları səbəbiylə deportasiya edildiyini və onların Salvadorda Terrorla Mübarizə Mərkəzində (CECOT) saxlandıqları bildirildi.

"Bu müəssisədə məhbuslarla xüsusilə sərt rəftar edilir. Onların hüquq müşaviri, qohumları və ya xarici dünya ilə əlaqə yaratmasına imkan verilmir" - deyə BMT rəsmisi bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər