Türkiyənin Diyarbakır şəhərində vəkil silahlı hücuma məruz qalıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hadisə Kayapınar rayonunda yerləşən bir plazada baş verib.
Məlumata görə, borc mübahisəsi yaşayan iki tərəf arasında yaranan gərginlik zamanı tərəflərdən biri – M.K. adlı şəxs vəkil Yasin İçli atəş açıb.
Vəkil ayaqlarından yaralanıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin stabil olduğu bildirilir.
Hadisədən sonra qaçan M.K.-nın tutulması üçün polis əməliyyata başlayıb.
Diyarbakır Vəkillər Kollegiyasının sədri Abdulkadir Güleç hadisəni kəskin şəkildə pisləyib və vəkillərə qarşı edilən bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb. O, məsul şəxslərin ədalət qarşısında cavab verməsi üçün prosesin sonadək izləniləcəyini bildirib.
Şəbnəm Mehdizadə
