Dünyada 83,4 milyon insan məcburi köçkün kimi yaşayır


  • 13 May 17:37

Dünyada 83,4 milyon insan məcburi köçkün kimi yaşayır.

E-huquq.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMtQ) məlumat yayıb.

Təşkilatın Cenevrədə yerləşən Daxili Miqrasiya Monitorinq Mərkəzinin (IDMC) yaydığı məlumatda müxtəlif bölgələrdəki qarşıdurmaların böyük yerdəyişmələrə səbəb olmağa davam etdiyi bildirilib.

IDMC-nin yeni dərc etdiyi Qlobal Daxili Miqrasiya Hesabatına görə, ötən ilin sonunda 83,4 milyon insan “məcburi köçkün” kimi yaşadığı məlum olub.

Qeyd olunub ki, təkcə ötən il baş verən münaqişələr səbəbindən 20,1 milyon insan evlərindən didərgin düşüb.

Açıqlamada onların 9,1 milyonunun Sudan və Konqo Demokratik Respublikası (KDR) sakini olduğu bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər