- 17:58
Avstraliyanın Yeni Cənubi Uels Universitetindən (UNSW) professoru Norman Wildberger və kompüter mütəxəssisi Dr. Dean Rubine yüzillərdir ümumi həlli tapılmayan yüksək dərəcəli polinom tənlikləri üçün yeni və qeyri-ənənəvi bir metod hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, beşinci və daha yüksək dərəcəli tənliklərin klassik riyazi üsullarla ümumi şəkildə həllinin mümkün olmadığı 1832-ci ildə fransız alim Evariste Galois tərəfindən sübut edilmişdi. Wildberger isə bu çətinliyi köklü (radikal) ifadələrdən istifadə etmədən, tam rasionallığa əsaslanan yeni yanaşma ilə həll etməyə çalışır.
Yeni metodda sonsuz terminli "qüvvət silsilələri" və kombinatorik ədəd ardıcıllıqları istifadə olunur. Xüsusilə "Catalan ədədləri"nin çoxölçülü davamı olan adlı yeni "Geode" ardıcıllıq vasitəsilə yüksək dərəcəli polinomlar üçün ümumi həll üsulu təqdim olunur.
Wildberger bu yanaşmanın təkcə nəzəri deyil, tətbiqi riyaziyyatda, xüsusilə proqramlaşdırma və alqoritmlərin inkişafında da geniş imkanlar yaradacağını vurğulayıb.
Professorun sözlərinə görə, bu kəşf sadəcə başlanğıcdır və riyaziyyatın fundamental sahələrində yeni tədqiqatlara yol açacaq.
Şəbnəm Mehdizadə