Müəllimlər qəzaya düşdü, 28 nəfər yaralandı


  • 17:58

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda müəllimləri daşıyan iki sərnişin mikroavtobusu toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər yaralanıb.

Mikroavtobusun sürücüsü qəfil yola çıxan heyvanı vurmamaq üçün əyləcə basıb. Bu zaman arxadan gələn digər mikroavtobus önündəki nəqliyyat vasitəsinə çırpılıb.

Əraziyə təcili tibbi yardım, yanğınsöndürən və jandarma qrupları cəlb olunub. Yaralanan şəxslər Siverek Dövlət Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Məlumata görə, müəllimlər bölgədəki Faydalı və Erkonağı kənd məktəblərində çalışırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər