- 00:20
Türkiyə-Pakistan qardaşlığı əsl dostluğun ən gözəl nümunələrindən biridir.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.
Türkiyə lideri bildirib: “Pakistanın sülh, əmin-amanlıq və sabitliyinə böyük əhəmiyyət veririk. Pakistan hökumətinin mübahisələrin həllində dialoqa və güzəştə üstünlük verən ağıllı, səbirli siyasətini yüksək qiymətləndiririk. Həmişə olduğu kimi yaxşı və pis gündə yanınızda olmağa davam edəcəyik”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də öz növbəsində Ərdoğana ölkəsinə göstərdiyi “güclü dəstəyə və sarsılmaz həmrəyliyə” görə minnətdarlığını bildirib.