Aralıq dənizində 6 bal gücündə zəlzələ olub


  • 10:44

Aralıq dənizində, Muğlanın Datça sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata görə, zəlzələnin episentri Datça rayonundan təxminən 155 kilometr məsafədə yerləşib.

Yeraltı təkanlar bu gün saat 01:51-də baş verib və 20,41 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ Muğla vilayətində və ətraf bölgələrdə hiss olunub.

Muğla valisi İdris Akbıyık hadisədən sonra sosial media hesabında açıqlama yayaraq, hazırda bölgədə hər hansı mənfi vəziyyətin qeydə alınmadığını, ancaq araşdırmaların davam etdiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər