- 17:03
Tailandın paytaxtı Banqkokda zəlzələ qurbanlarının sayı 96-ya çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, martın 28-də Myanmada baş verən və qonşu Taylandda da hiss olunan güclü zəlzələlər səbəbindən paytaxt Banqkokda ölənlərin sayı artıb.
Banqkok rəsmiləri şəhərdə həyatını itirən 96 nəfərdən 89-nun cəsədinin tikilməkdə olan 30 mərtəbəli binanın dağıntıları altından çıxarıldığını açıqlayıb.
7 nəfərin isə axtarış tədbirləri davam edir.
Qeyd olunub ki, aprelin 13-də binanın dağıntıları altından 36 meyit çıxarılıb.
Xatırladaq ki, martın 28-də Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Zəlzələlər nəticəsində təxminən 3700 insan həyatını itirib, 5000-dən çox insan isə yaralanıb.
Şəbnəm Mehdizadə