Meloni Ərdoğana təşəkkür etdi


  • 10:47

İtaliyanın Baş naziri Corcia Meloni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya-Ukrayna müharibəsində sülhün bərqərar olunması üçün göstərdiyi səylərə görə təşəkkür edib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, dünən axşam saatlarında Prezident Ərdoğan və Baş nazir Meloni arasında telefon danışığı baş tutub.

Telefon danışığı ilə bağlı İtaliya Baş Nazirliyindən yazılı açıqlama verilib.

"Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının İstanbulda keçirilməsinə dair Türkiyənin hazır olmasını göstərməsi fonunda, liderlər diplomatik perspektivləri müzakirə ediblər və Ukraynada ədalətli və davamlı sülhə dəstəklərini bir daha vurğulayıblar", - deyə açıqlamada bildirilib.

"Baş nazir Meloni, Türkiyənin münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq səylərinə görə Prezident Ərdoğana təşəkkür edib. Meloni, həmçinin Rusiyanın da Ukrayna kimi ən yüksək səviyyədə danışıqlara dəvətə müsbət cavab verəcəyini və 30 günlük tam və qeyd-şərtsiz atəşkəsi qəbul etməsini gözlədiyini bir daha söyləyib" - qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər