- 1 İyul 17:48
"Microsoft" şirkəti işçi qüvvəsininin 3 faizini ixtisar edəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda deyilir ki, şirkət mütəmadi olaraq işçi qüvvəsinin sayına düzəlişlər edir, daha çevik olmaq üçün menecerlərin sayını azaldır və səmərəliliyi artırmaq üçün prosesləri və rolları sadələşdirir.
Şirkətin tənzimləmələri çərçivəsində qarşıdakı aylarda işçilərin 3 faizi işdən çıxarılacaq.
İxtisarların 6 minə yaxın işçini əhatə edəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə