- 14:45
İraqın Ərbil və Süleymaniyyə şəhərlərində qum fırtınası həyatı iflic edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın Ərbil şəhərində baş verən güclü qum fırtınası şəhər həyatına ciddi təsir göstərib. Fırtına nəticəsində görünüş məsafəsi əhəmiyyətli dərəcədə azalıb, bu isə nəqliyyatın hərəkətində axsamalara səbəb olub.
Oxşar hava şəraiti İraqın digər bir şəhəri olan Süleymaniyyədə də müşahidə olunub. Orada da qum fırtınası gündəlik həyata mənfi təsir göstərib.
Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa çağırıb və mümkün olduqca açıq havaya çıxmamağı tövsiyə ediblər.
Şəbnəm Mehdizadə