- 14:45
Türkiyə Silahlı Qüvvələrinin hərbçisi ildırım düşməsi nəticəsində şəhid olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Pençe-Kilit" əməliyyatı çərçivəsində xidmət aparan piyada uzman çavuş Mesut Karadağın ildırım düşməsi nəticəsində şəhid olub.
Nazirliyin rəsmi açıqlamasında bildirilib ki, hadisə 2025-ci il mayın 14-də baş verib.
""Pençe-Kilit" əməliyyat bölgəsində xidmət edən qəhrəman silah yoldaşımız piyada uzman çavuş Mesut Karadağ ildırım düşməsi nəticəsində şəhid olub. Bu acı itki bizi dərin kədərə boğdu. Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı və səbir arzulayırıq," - deyə açıqlamada qeyd olunub.
Şəbnəm Mehdizadə