- 14:45
Türkiyənin İstanbul şəhərində yerləşən Boğaziçi Universitetində tələbə klubunun fəaliyyətinə mane olmaq istəyən bir qrup şəxs polis əməkdaşlarına hücum edib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 polis yaralanıb.
İstanbul Valiliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, Boğaziçi Universitetinin Şimali Kampusunda bir qrup şəxs tələbə klubunun fəaliyyətinə mane olmaq istəyib və hadisə yerinə cəlb olunan Çevik Polis Dəstəsinə hücum edib.
Polislə toqquşmalar zamanı 39-u qadın, 58-i kişi olmaqla ümumilikdə 97 nümayişçi saxlanılıb.
Hazırda həmin şəxslərin polis idarəsində istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə