İranın bəzi şəhərlərində qum fırtınası səbəbindən məktəblər bağlanıb


  • 12:02

İranın bəzi şəhərlərində qum fırtınası səbəbindən məktəblər bağlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Məlumata görə, bəzi şəhərlərdə böhran idarəetmə mərkəzləri və fövqəladə hallar komitələri qum fırtınası səbəbindən məktəbləri bağlamaq qərarına gəliblər.

Ölkənin qərbinə təsir edən qum fırtınası səbəbindən bu gün Qərbi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərində məktəblər, Şərqi Azərbaycan vilayətində məktəblərlər və eləcə də Təbriz şəhərində bütün dövlət qurum və təşkilatlar, banklar bağlanıb.

Qum fırtınasının bu gün Əlborz əyaləti və paytaxt Tehrana çatacağı gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər