- 14:45
Almaniyanın Köln şəhərində 1930-cu ildən istehsala başlayan və 11500 nəfərin çalışdığı "Ford" zavodunun işçiləri tətilə başlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı "Ford"un Avropadakı baş ofisi olan Kölndəki fabrikinin işçiləri 2027-ci ilə qədər 2900 nəfəri ixtisar etməyi planlaşdıran zavod rəhbərliyinə qarşı tətilə çıxıblar.
İşçilərin "IG Metall" həmkarlar ittifaqının çağırışı ilə saat 04:30-da erkən növbə ilə başlayan tətili növbəli olaraq sabah səhər növbəsinə qədər davam edəcəyi bildirilib.
Bu səbəbdən "Ford"un Köln fabrikində istehsal dayanıb.
Aralarında çoxlu türklərin də olduğu işçilər "Ford" zavodu ilə danışıqlarda şirkətə təzyiqi artırmağa çalışırlar.
Şəbnəm Mehdizadə