Tramp Suriyanın yeni Prezidenti Əhməd Əş-Şəraa ilə görüşdü


  • 13:12

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb.

E-huquq.az “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, bu, son 25 ildə iki ölkənin liderləri arasında ilk görüşdür.

Ər-Riyadda keçirilən ABŞ–Körfəz ölkələri sammiti Donald Trampın ikinci prezidentlik müddəti çərçivəsində Səudiyyə Ərəbistanına ilk rəsmi səfəri zamanı baş tutub. 2022-ci ildə Ər-Riyadda keçirilən sonuncu belə sammitdə körfəz regionunun altı ölkəsinin liderləri ilə yanaşı, Misir, İordaniya və İraq rəhbərləri də iştirak ediblər.

Ağ evin məlumatına görə, səfərin ilk günü ABŞ-la Səudiyyə Ərəbistanı arasında sazişləri və investisiya öhdəliklərini əhatə edən 600 milyard dollarlıq paket imzalanıb. Bu, iki ölkənin iqtisadi əməkdaşlıq tarixində ən böyük müqavilədir.

Oxşar xəbərlər