Türkiyədə ağır qəza: 12 nəfər yaralandı


  • 14:45

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda işçiləri daşıyan mikroavtobusla minik avtomobili toqquşub.

E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, toqquşmanın gücündən elektrik paylayıcı şirkətdə çalışan işçiləri daşıyan mikroavtobus aşıb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzada xəsarət alan 12 nəfər xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər