Türkiyədə onlarla insan içməli sudan zəhərləndi


  • 17:03

Türkiyənin Bolu şəhərində içməli sudan zəhərlənib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bolunun 4 kəndində sudan zəhərlənən 80 nəfər ishal, ürəkbulanma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.

Örencik, Okçular, Ilıcakınık və Çamyayla kəndlərini su ilə təmin edən çəndən nümunələr götürülərək laboratoriyaya göndərilib.

Çəndə təmizlik və dezinfeksiya işləri aparılıb.

Xəstəxanaya müraciət edən bütün vətəndaşların səhhətinin yaxşı olduğu bildirilib.

Sakinlərə bir müddət ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər