İstanbulda ağır yol qəzası, avtomobil gölə düşdü


  • 17:12

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Maltəpə rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yolun kənarındakı gölməçəyə düşüb.

Avtomobildə sıxışmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən xilas edilib və xəstəxanaya aparılıb.

Nqəliyyat vasitəsi gölməçədən çıxarılıb.

Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər