Ankarada 109 nəfər saxta içkidən ölüb


  • 17:20

Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 109-a çatıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu saxta içki istehsal edən və satan şəxslərlə bağlı istintaqını davam etdirir.

Qeyd olunub ki, istintaq çərçivəsində saxlanılan 44 nəfər həbs edilib, 56 nəfər isə şərti azadlığa buraxılıb.

Bildirilib ki, hazırda 29 nəfər xəstəxanada müalicə alır.

Onların səhhəti ağır olaraq qalır.

Araşdırmalar və yoxlamalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər