ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzaladı


  • 14 May 21:27

ABŞ və Qətər 1,2 trilyon dollarlıq müqavilə imzalayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.

“Bu gün Qətərdə ABŞ Prezidenti Donald Tramp Qətərlə azı 1,2 trilyon dollar dəyərində iqtisadi dövriyyəyə dair saziş imzalayıb. Prezident Tramp həmçinin ABŞ və Qətər arasında 243,5 milyard dollardan çox dəyərində iqtisadi sövdələşmələr, o cümlədən “Boeing” təyyarələri və “GE Aerospace” mühərriklərinin “Qatar Airways”ə satışına dair tarixi razılaşmanın imzalandığını açıqlayıb”, - məlumatda deyilir.

Belə ki, “Qatar Airways” 96 milyard dollara 210 müasir “Boeing 787 Dreamliner” və “777X” təyyarəsi alacaq. Eyni zamanda, müqavilə imzalandıqdan sonra Tramp bildirib ki, sövdələşmə 200 milyard dollara 160-dan çox təyyarənin alınmasına aiddir. Bundan əlavə, Qətər Amerikanın “General Atomics” şirkətindən 2 milyard dollara səkkiz “MQ-9B” uzunmüddətli PUA alacaq, həmçinin Amerikanın “Raytheon” korporasiyasından 1 milyard dollara dronlara qarşı mübarizə avadanlığı alacaq.

ABŞ və Qətər ikitərəfli hərbi əlaqələri və 38 milyard dollardan çox potensial investisiyaları daha da gücləndirmək barədə razılığa gəliblər. Qeyd olunur ki, bu vəsaitin bir hissəsi Qətərdə yerləşən Amerikanın Yaxın Şərqdəki ən böyük hava bazası Əl Udeydə yönəldiləcək.

Oxşar xəbərlər