Qanunsuz miqrantları daşıyan avtobus aşıb, ölən və yaralılar var


  • 08:38

Türkiyənin Kahramanmaraş şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına stinadən xəbər verir ki, Kahramanmaraşın Göksun rayonunda qanunsuz miqrantları deportasiya olunması üçün Şırnakdakı müvəqqəti yerləşdirmə mərkəzinə aparan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb.

Yaralılardan 6-sı Jandarma əməkdaşı olub.

Hadisə yerinə təcili yardım, jandarma və xilasetmə qrupları yönəldilib.

Qəza nəticəsində Əfqanıstan əsilli Abdullah Mahir Süleymanın hadisə yerində öldüyü müəyyən edilib.

Yaralılar təcili yardım maşınları ilə Göksun, Afşin və Elbistandakı xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər