Türkiyənin bu vilayətinə leysan və dolu yağıb


  • 08:44

Türkiyənin Hatay şəhərinə güclü yağış və dolu yağıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Dörtyol mahalında yağan güclü leysan yağış və dolu bir sıra fəsadlar törədib.

Küçə və prospektlərdə iri gölməçələr yaranıb, nəqliyyatın hərəkəti çətinləşib.

bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti dayandırılıb.

Axşam saatlarında güclü dolu yağıb.

Bələdiyyə əməkdaşları yollarda yığılan suyu boşaltmaq üçün tədbirlər görür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər