İstanbulda kanalizasiya quyusunda partlayış olub, yol bağlanıb


  • 15 May 2025 08:55

Türkiyənin İstanbul şəhərində kanalizasiya quyusunda partlayış baş verib.

E-huquq.az xəbər verir ki, İstanbulun Bayrampaşa qəsəbəsində təmir işlərinin aparıldığı küçədəki kanalizasiya quyularının birində partlayış baş verib.

Partlayışdan dərhal sonra bölgədə nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə yerinə üzərinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

Partlayışın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər