- 15:58
Türkiyənin Konya şəhərində fərdi yaşayış evində yanın hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Meram rayonunda yerləşən mənzildə naməlum səbəbdən yanğın başlayıb.
Ünvana yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Yanğın zamanı evdə yaşayan 75 və 61 yaşlı ev sahibləri tüstüdən zəhərlənərək həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə