- 18:35
Cənubi Afrika Respublikasında işsizlik səviyyəsi cari ilin birinci rübündə 32,9 faizə yüksəldib.
E-huquq.az xəbər verir ki, bu barədə Cənubi Afrika Statistikasına (Stats SA) məlumat yayıb.
Bildirilib ki, 63 milyon əhalisi olan Cənubi Afrikada işsizlərin sayı bu ilin ilk rübündə 230 min nəfər artaraq 8,2 milyona çatıb.
2025-ci ilin birinci rübündə işsizlik səviyyəsi əvvəlki ilin son rübünə nisbətən 1 faiz bəndi artaraq 32,9 faizə çatıb.
Gənclər arasında işsizlik səviyyəsi bu ilin birinci rübündə 46,9 faizə yüksəlib.
Şəbnəm Mehdizadə